​Türkiyədə terrorçularla atışmada 2 hərbçi şəhid olub, 5-i yaralanıb

Baxış sayı:
9108

Türkiyədə terrorçularla atışmada 2 hərbçi şəhid olub, 5-i yaralanıb.
 
Muxalifət.az
xəbər verir ki, hadisə Diyarbakır əyalətinin Dicle rayonu ərazisində baş verib.
Bölgədə keçirilən antiterror əməliyyat zamanı terrorçu PKK qruplaşması silahlıları ilə hərbçilər arasında atışma olub.
Yaralanan hərbçilər Səlahəddin Əyyubi adına dövlət xəstəxanasına yerləşdiriliblər.
Bölgədə antiterror əməliyyatı davam edir./report/