​Türkiyədə terrorçularla atışma baş verib

Baxış sayı:
4087

Türkiyənin Mardin əyalətinin Dargecit rayonunda terrorçu PKK silahlıları ilə təhlükəsizlik əməkdaşları arasında baş verən atışma nəticəsində bir hərbçi şəhid olub, iki hərbçi yaralanıb.
DHA xəbər verir ki, 25 yaşlı çavuş Məhəmməd Çoban Diyarbəkirdə hospitala çatdırılısa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Bölgədə terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat keçirilir.