Türkiyədə terror- 4 hərbçi şəhid oldu, 4-ü yaralandı

PKK terrorçuları hərbçilərə əl qumbarası atıb
Türkiyənin Hakkari əyalətinin Yüksəkova rayonunda terrorçuların hücumu nəticəsində 4 hərbçi şəhid olub, 4-i yaralanıb.
Türkiyə KİV-i xəbər verir ki, terrorçu PKK qruplaşmasının silahlıları hərbçilərə əl qumbarsı atıb.
Yaralı hərbçilər xəstəxanaya yerləşdirilib.
Hazırda terrorçuların tutulması istiqamətində əməliyyat keçirilir.