​Türkiyədə siyasi meydan qızışır: 10 partiya seçkilərə qoşuldu

Baxış sayı:
1477

Türkiyədə iyunun 24-də keçiriləcək növbədənkənar prezident və parlament seçkilərində 10 siyasi partiya mübarizə aparacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyənin Ali Seçki Qurumu məlumat yayıb. Məlumatda bildirilir ki, Ədalət və İnkişaf Partiyası (AKP), Müstəqil Türkiyə Partiyası (BTP), Böyük Birlik Partiyası (BBP), Cümhuriyyət Xalq Partiyası (CHP), Demokrat Partiyası, Xalqların Demokratik Partiyası, İYİ Partiya, Millətçi Hərəkat Partiyası (MHP), Səadət Partiyası və Vətən Partiyasının seçkidə iştirak etmək hüququ rəsmən təsdiqlənib.
Yeni seçki qanununa görə, prezidentliyə namizəd olacaq şəxslər deputat mandatı uğrunda mübarizə apara bilməzlər.