​Türkiyədə pitbul məktəblilərə hücum etdi - Xəsarət alanlar var

Baxış sayı:
12232

Türkiyənin Çorum vilayətində pitbulteryer cinsli it məktəblilərə hücum edib.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, hücum nəticəsində 5 məktəbli xəsarət alıb.
Onlardan iki nəfərinin vəziyyəti ağır olaraq dəyərləndirilir.
Qeyd olunur ki, məktəblilərə hücum edən pitbul sığınacağa yerləşdirilib.
Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.