​Türkiyədə əməliyyat: HELİKOPTER, DRONLAR VƏ 1000 POLİS...

Baxış sayı:
969

Türkiyənin Adana şəhərində narkotik ticarəti, qadın alveri və digər cinayətlər törətməkdə şübhəli bilinən “Como” aşirətinə qarşı xüsusi əməliyyat keçirilib.
Muxalifət.az xəbər verir ki, təxminən 1000 polisin qatıldığı əməliyyata helikopter və dronlarla dəstək verilib.
Səhər saatlarında “Como” üzvlərinin evlərinə eyni zamanda basqın edilib. Əməliyyat nəticəsində əksəriyyəti qadınlar olmaqla 50-ə yaxın şəxs həbs edilib.