​Türkiyədə əməliyyat: 53 hərbçi saxlanıldı

Baxış sayı:
5629

Ankarada FETÖ (Fəthulllah Gülən hərəkatı) terror hərəkatı ilə mübarizə çərçivəsində 53 hərbçi saxlanlılıb.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, saxlanılanlardan 5 nəfərin istefada olan zabit olduğu bildirilir.
Araşdırma nəticəsində saxlanılanların hamısının FETÖ ilə sıx əlaqədə olduğu məlum olub.
Son 7 ay ərzində FETÖ ilə mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələrinın sıralarından 1076 hərbi qulluqçu xaric edilib.
Qeyd edək ki, Fəthullah Gülən və tərəfdarları Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunur.