​Türkiyədə minlərlə insan ayağa qalxdı: Bizi bölə bilməyəcəksiniz

Baxış sayı:
12190

Türkiyənin Batman şəhərində terrora qarşı yürüş keçirilib.
Muxalifet.az xəbər verir ki, minlərlə insan "Milli Birlik Yürüşü" altında bir araya gəlib.
Fikir və Əqidə Platformasının rəhbərliyi altında bir çox qeyri-hökumət təşkilatının dəstəyi ilə keçirilən mitinqdə PKK-çı terrorçular lənətlənib.
Mitinqdə "Vətənimizi və qardaşlığımızı bölə bilməyəcəksiniz", "Türk, kürd qardaşdır, PKK qəddardır", "Bayraq enməz, azan susmaz, vətən bölünməz", "Rədd olsun, PKK", "Əsgər və polisə uzanan əllər qırılsın" şüarları səsləndirilib.
Qeyd edək ki, ötən gün Batmanda PKK terrorçuları Türkiyə ordusuna xaincəsinə hücum edib. Nəticədə 7 əsgər şəhid olub. 2-si yaralanıb.