Türkiyədə koronovirusa yoluxma sayı 47-yə çatıb

Baxış sayı:
1678

Bu gün Türkiyə Səhiyyə naziri koronovirus infeksiyasına yoluxma ilə bağlı 29 nəfərə diaqnoz qoyulduğunu açıqlayıb.

Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, yeni diaqnozla birgə koronovirusa yoluxma sayı 47 olub.

Nazir deyib ki, bu gün diaqnozu açıqlanan 29 nəfərin 3-ü Ümrə ziyarətindən, qalanları ABŞ, Avropa və Orta Asiyadan gələnlərdir.