Türkiyədə koronavirusdan ölənlərin sayı üç dəfə azaldı - BU GÜN 48 NƏFƏR ÖLÜB

Baxış sayı:
1480

"Türkiyədə son sutkada daha 48 nəfər pandemiyanın qurbanı olub”.
Bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.
Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 3 689 nəfərə çatıb.
Nazir həmçinin daha 1 848 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 135 569-a yüksəldiyini bildirib.
F.Koca Türkiyədə indiyədək 86 396 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.