Türkiyədə koronavirusdan ölənlərin sayı 9-a yüksəldi

Baxış sayı:
1599

Türkiyədə koronavirusdan ölənlərin sayı 9-a çatıb.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca tvitter hesabında bildirib.

O qeyd edib ki, son 24 saat ərzində 3656 şüpheli test edilib. Onlardan 311 nəfərində cavablar pozitiv olub.

Nazirin sözlərinə görə, bu günə kimi ölkədə virusa yoluxanların sayı 670 nəfərdir: "Onlardan 9-u vəfat edib. Ölənlərin hamısı yaşlı insanlardır"./apa