Türkiyədə koronavirusdan ölənlərin sayı 30-a çatdı

Baxış sayı:
1351

Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca ölkədə koronavirusdan 9 yeni ölüm faktının baş verdiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə tvitterdə yazan nazir 289 yeni yoluxma faktının olduğunu da qeyd edib.

Bununla da ölkədə ölüm sayı 30-a, virusa yoluxanların sayı isə 1236 nəfərə yüksəlib.

F. Qoca Türkiyə vətəndaşlarına səslənib: “Yeni canlar itiririk. Yoluxma sayı artır. Ancaq mümkün olduğu qədər çox test etdiyimizi unutmayaq. Müalicəyə alınmış hər şəxslə yayılmanın qarşısını bir az da alırıq. Evimizdə qalaq, risk almayaq”.