Türkiyədə koronavirusdan ölənlərin sayı 21-ə çatdı - RƏSMİ AÇIQLAMA

Baxış sayı:
1233

Türkiyədə yeni növ koronavirus infeksiyası daha 12 nəfərin ölümünə səbəb olub, bununla da ölənlərin sayı 21 nəfərə çatıb.

“Anadolu” agentliyi xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində yazıb.

Nazir qeyd edib ki, son 24 saatda 2953 şəxs koronavirus testindən keçib, onlardan 277-nin cavabı müsbət çıxıb.