​Türkiyədə keçmiş imam azərbaycanlı və gürcüstanlı QADINLARI SATIRMIŞ

Baxış sayı:
1624

Türkiyə polisi Samsun vilayətinin Ordu və Ünye qəsəbələrində əməliyyat keçirilib. Əməliyyat zamanı fahişəliklə məğul olan 15 nəfər və onlara araçılıq edən keçmiş imam saxlanılıb.
Muxalifət.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə DHA məlumat yayıb.
41-i polis olan 55 əməliyyatçının qatıldığı “Roko” əməliyyatı zamanı qadınları fahişəliyə məcbur edən keçmiş imam Abdulmütalib V., Emre M., Ramadan Ş. Və Mələk E ilə Azərbaycan və Gürcüstan vətəndaşları olan 10 qadın saxlanılıb.
Tibbi müayinədən keçirilən şübhəlilər ifadələri alınmaq üçün polis bölməsinə gətirilib.