Türkiyədə iki avtomobil toqquşub, 7 nəfər ölüb

Hadisə Bursa-Ankara avtomobil yolunun İnegöl Babsultan hissəsində baş verib
 
Türkiyədə mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində biri uşaq olmaqla 7 nəfər ölüb.
"Haber7" xəbər verir ki, hadisə Bursa-Ankara avtomobil yolunun İnegöl Babsultan hissəsində qeydə alınıb. 
Qəzanın baş verdiyi əraziyə təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub.
Hadisənin səbəbi araşdırılır.