Türkiyədə GÜCLÜ ZƏLZƏLƏ: Ölən və yaralananlar var / YENİLƏNDİ

Baxış sayı:
2253

Türkiyənin Bilgöl şəhərinin Karlıova rayonunda baş verən zəlzələ zamanı xəsarət alanların sayı 18 nəfərə çatıb, 1 nəfər ölüb.

"Anadolu" agentliyi xəbər verir ki, buy barədə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay məlumat verib.

O bildirib ki, zəlzələ zamanı jandarmeriyanın nəzarət qülləsinin aşıb. Nəticədə 1 nəfər dağıntılar altında qalıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Fövqəladə Hallar İdarəsi isə təbii fəlakət zonasına 550 çadır göndərib.

***

Türkiyənin Bilgöl şəhərinin Karlıova rayonunda yeraltı təkanlar qeydə alınıb.

"Anadolu" xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Hallar İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu gün 17:24 radələrində 5.7 bal gücündə zəlzələ qeydə alınıb. Təkanlar yerin 5 km dərinliyində baş verib.

İlkin məlumata görə, Kaynarpınar kəndində iki gözətçi qülləsi, Elmalı və Dinarbey kəndlərində isə 10 ev çöküb. 3 mühafizəçi yaralanıb./Report