Türkiyədə genişmiqyaslı ƏMƏLİYYAT: 49 nəfər saxlanıldı

Baxış sayı:
5017

Türkiyənin 6 vilayətində PKK/KCK-ya qarşı növbəti antiterror əməliyyatı keçirilib.
Muxalifet.az “Hurriyet”ə istinadən verdiyi məlumata görə, əməliyyat çərçivəsində Batmanda Xalqların Demokratik Partiyasından (HDP) olan bələdiyyə sədri Nizaməddin Toğuç da daxil olmaqla 8 nəfər, Ağrıda 25, Ankarada 5, Muşda 1, Mardində 1, Şanlıurfada 9 nəfər olmaqla ümumilikdə 49 nəfər saxlanılıb. 
Qeyd olunur ki, bununla da Türkiyədə son iki gün ərzində terrorçulara qarşı aparılan əməliyyat çərçivəsində 137 şübhəli saxlanılıb.