​Türkiyədə dolların məzənnəsi REKORD SƏVİYYƏYƏ YÜKSƏLDİ

Baxış sayı:
4891

Bu gün səhər saatlarında Türkiyədə ABŞ dollarının məzənnəsi 4,25 lirəyə çatıb.
Türkiyə mətbuatı yazır ki, bu, ötən günün yekunu ilə müqayisədə təxminən 1% çoxdur.
Lirənin ucuzlaşması qlobal maliyyə bazarlarında Amerika valyutasının bahalaşması, eləcə də ölkə daxilində qiymət artımının sürətlənəcəyinə dair gözləntilərlə bağlıdır.
Qonşu ölkədə dollarla yanaşı, digər xarici valyutalar da bahalaşıb. Avronun məzənnəsi 5,09 lirəyə, ingilis funt sterliqinin məzənnəsi isə 5,76 lirəyə yüksəlib.