Türkiyədə daha bir terakt törədilib - ÖLƏN VƏ YARALILAR VAR

PKK terrorçuları Türkiyənin Şırnak-Cizre avtomobil yolunun tunelində təhlükəsizliyi təmin edən əsgərlərə hücum edib. 
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, terror aktı nəticəsində bir hərbçi və bir təhlükəsizlik qarovulu şəhid olub. Hücum zamanı yaralanan 4 qarovul xəstəxanaya çatdırılıb. 
Məlumata görə, təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə bölgəyə əlavə qüvvə göndərilib.