Türkiyədə daha 16 terrorçu zərərsizləşdirildi

Türkiyədə PKK terror təşkilatına qarşı ölkə miqyasında həyata keçirilən əməliyyatlar zamanı dörd vilayətdə ümumilikdə 16 terrorçu zərərsizləşdirilib.
 
Məlumatı “Anadolu” agentliyi Türkiyənin Daxili İşlər Nazirliyinə istinadən yayıb.
Məlumatda qeyd olunub ki, sentyabrın 6-da keçirilən əməliyyatlar nəticəsində Şırnakda 5, Ağrıda 5, Muşda biri yaralı olmaqla 5 və Mersində isə 1 terrorçu zərərsizləşdirilib.
Şırnakın Uludərə rayonunda keçirilən əməliyyatlar zamanı 5 terrorçu öldürülüb. Ağrı vilayətinin Diyadin rayonunda Hərbi Hava Qüvvələrinin də iştirakı ilə həyata keçirilən əməliyyat nəticəsində 5 terrorçu zərərsizləşdirilib. Muşun Alaniçi kəndində aparılan əməliyyatlar zamanı isə dörd nəfər öldürülüb, bir terrorçu yaralı vəziyyətdə ələ keçirilib.
Bölgələrdə əməliyyatlar davam etdirilir.