Türkiyədə azərbaycanlı sərnişin xəstəxanalıq oldu

Baxış sayı:
139

Türkiyədə sərnişinlərin birinin avtobusa atdığı daş nəticəsində bir nəfər azərbaycanlı yaralanıb.

Unikal.org-un məlumatına görə, hadisə Antalyanın Manavgat rayonunda baş verib. Sərnişinlərdən biri sürücü ilə aralarında yaranan problem səbəbindən avtobusun ön şüşəsini daşlayıb.

Atılan daşlardan biri Azərbaycan vətəndaşı Murad Quliyevin başına dəyib. Hadisə yerinə cəlb olunan təcili tibbi yardım xəsarət alan şəxsi xəstəxanaya çatdırıb.

Yerli polisin "isti izlər"lə axtarışından sonra, müşahidə kameralarının köməkliyi ilə hadisə yerindən qaçan 3 nəfər şəxs tutularaq şübhəli qismində tutularaq istintaqa cəlb olunub.