​Türkiyədə avtobus aşdı, iki azərbaycanlı qadın həlak oldu

Baxış sayı:
1537

İki azərbaycanlı qadın Türkiyədə avtobus qəzasında həlak olub.
Muxalifet.az Virtualaz.org-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Girəsun bölgəsinin Tirebolu qəsəbəsində, Qaradəniz sahil yolunda baş verib.
Trabzondan Girəsuna gedən 47 yaşlı Sedat İnanlının idarə etdiyi 61 SD 624 nömrəli mikroavtobus qəfildən idarəetməni itirərək aşıb. Nəticədə sürücü və avtobusdakı azərbaycanlı sərnişinlər - 47 yaşlı Rahilə Əsirova və 42 yaşlı İdarə Tanrıverdiyeva həlak olublar. Digər sərnişin, 49 yaşlı Şükrü Altaş isə yaralanıb.
Hadisə yerinə təcili yardım avtomobili gəlib və yaralı Tirebolu Dövlət Xəstəxanasına çatdırılıb. Yol nəqliyyat hadisəsi nəticəsində 2-si qadın olmaqla, 3 nəfərin cənazəsi morqa aparılıb.