Türkiyədə 477 miqrant saxlanıldı – YUNANISTANA KEÇMƏYƏ CƏHD EDİBLƏR

Türkiyənin Ədirnə şəhərində 477 miqrant saxlanılıb.
Türkiyə mətbuatının verdiyi xəbərə görə, saxlanılanlar Əfqanıstan, Hindistan, Suriya, Pakistan, İran, Fələstin, Myanma və Banqladeş vətəndaşlarıdır.
Onlar qanunsuz yolla Yunanıstan ərazisinə keçməyə cəhd ediblər.
Saxlanılanlar ilkin araşdırmalardan sonra Ədirnə Miqrasiya İdarəsinə göndərilib.