​Türkiyədə 38 hərbçiyə ömürlük həbs cəzası verildi

Baxış sayı:
2632

Türkiyədə 15 iyul 2016-cı ildə baş verən dövlət çevrilişinə cəhd edənlərin məhkəməsi başa çatıb.
 
Muxalifət.az xəbər verir ki, 28-ci Piyada Tuqay Komandanlığına bağlı tank batalyonunun şəxsi heyətinin məhkəməsi yekunlaşıb. Məhkəmənin qərarı ilə təqsirləndirilən 63 şəxsdən 38 nəfər ömürlük həbs cəzasına məhkum edilib.
Məhkəmənin qərarı ilə 11 nəfər bəraət alaraq azadlığa çıxıb. Digər müttəhimlər isə müxtəlif müddətlər olmaqla cəzalandırılıblar./modern.az/