Türkiyə və Rusiyanın planı işləməyə başladı

Baxış sayı:
2779

Birləşmiş Millətlər Təşkilatının "Əsrin insanı fəlakəti yaşana bilər" deyə xəbərdarlıq etdiyi, beynəlxalq birliyin isə hər hansı bir həllə bağlı ortya ciddi bir fəaliyyət qoya bilmədiyi Suriyanın İdlib vilayətində, Türkiyənin təşəbbüsləri ilə masaya qoyulan plan artıq meydançada da tətbiq olunmağa başlayıb. Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin, 17 sentyabr tarixində Rusiyanın Soçi şəhərində bir araya gələrək müəyyən etdiyi İdlibdəki tərksilah edilmiş bölgədən çəkilmələr başlayıb.
 
Suriya İnsan Haqları Monitorinq Təşkilatının verdiyi açıqlamaya görə, “Feylak əl-Şam” adlı müxalif qrup müəyyən olunan regiondan çəkilməyə başlayıb. Sözügedən bölgədən ağır silahlarını və döyüşçülərini çəkən “Feylak el-Şam”-ın, müqaviləni tətbiq edən ilk qrup olduğu bildirilib. Suriya İnsan Haqları Monitorinq Təşkilatının direktoru Rami Əbdürrəhman, qrupun İdlib sərhədindəki qüvvələrini bölgədən çıxardığını bildirib.
Qeyd edək ki, Soçidə hazırlanan plan daxilində Dəməşq rejimi ordusu ilə müxaliflər arasında 15-20 kilometrlik tərksilah edilmiş zona yaradılması, oktyabr ayının ortasına qədər bu bölgənin ağır silahlardan təmizlənilməsi və ilin sonuna qədər bölgədəki əhəmiyyətli avtomobil yollarının təhlükəsizliyinin təmin olunması kimi vəzifələr ortaya qoyulub.
Bu gün 1 oktyabr - Dünya Uşaq Günüdür. İdlib bölgəsində 1 milyondan çox uşaq rejimin və havadarlarının hücumlarının səbəb olduğu yoxsulluq, səhiyyə, təhlükəsizlik və təhsil imkanlarının çatışmazlığı kimi problemlərlə üz-üzədir. Suriya-Türkiyə sərhəd xəttində yaradılmış düşərgələr bölgəsindəki çadırlar siniflərə çevrilib. Bu çadır şəhərciklərinə Türkiyə də dəstək verərək uşaqların təhsil alması təmin olunur.
Müxalifət.az