Türkiyə və Rusiya hərbçilərinin Qarabağ müzakirələri: danışıqlar sabah da davam edəcək - YENİLƏNİB

Baxış sayı:
1076

Türkiyədə Rusiya Müdafiə Nazirliyi nümayəndələri ilə keçirilən görüş sabah da davam edəcək.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, tərəflər Qarabağdakı vəziyyətlə bağlı qarşılıqlı işləri müzakirə edirlər. Texniki danışıqlarının bugünkü hissəsi başa çatıb: "Danışıqlar sabah davam edəcək".

**14:22

Qarabağda atəşkəsdən sonra həyata keçiriləcək işlər çərçivəsində bu gün Rusiyadan geniştərkibli heyət Ankaraya gedib.

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar bu gün Rusiyadan geniş nümayəndə heyətinin Ankaraya gələcəyini və Qarabağdakı atəşkəsdən sonra görüləcək işlər barədə texniki danışıqların aparılacağını açıqlayıb.

Ankaraya gələn Rusiya nümayəndə heyəti ilə Türkiyə Xarici İşlər səlahiyyətliləri arasında iş yeməyi başlayıb.

Heyət günortadan sonra Milli Müdafiə Nazirliyinə gedəcək və texniki məsələləri müzakirə edəcəklər.

Hərbi yüksək səviyyəli nümayəndə heyətlərinin keçirəcəyi iclaslarda taktika və texnika baxımından hansı tərəfin harada dayanacağı, neçə nəfər olacağı, hansı fəaliyyətlərin həyata keçiriləcəyi kimi məsələlər müzakirə olunacaq.