Türkiyə və Ərdoğan düşməni Amerikalı Yəhudi

Baxış sayı:
4018

Serdar Turgut - Habertürk
 
Dünən Trampı tamamilə təslim etmiş olan İsrailin Qələbə Layihəsi hərəkatını başlamış olan “Middle East Forum” təşkilatının sədri Daniel Pipes haqda yazmışdım.
 
Amerikan rəhbərliyinin İsrail ilə bağlı atdığı hər addımda onun imzasının olduğu nümunələrini göstərmişdim.
Bunun başa düşülməsi Türkiyə baxımından əhəmiyyətlidir; Daniel Pipes eyni zamanda Ərdoğana da, Türkiyəyə də düşməndir.
 
TÜRKİYƏYƏ DÜŞMƏNDİRLƏR
 
Amerikanın İsrail ilə münasibətlərinin istiqaməti Türkiyə ilə əlaqəsinin istiqamətinə də birbaşa bağlıdır.
Daniel Pipes tipində adamlara görə Türkiyə ilə Amerikanın münasibəti bu hala gətirilmişdir. Çünki onlar Ərdoğanın, Türkiyənin Fələstin xalqının hüquqlarını müdafiə edəcəyini və İsrailin bölgədə atdığı hər haqsız addıma qarşı çıxacağını anladıqları üçün Türkiyəyə düşmən kəsilmişlər.
Bu əlaqələrin real həyatda necə işlədiyini görmək üçün tək bir fotoğtrafa da baxmağınız yetər.


 
 BU FOTOYA DİQQƏTLƏ BAXIN
 
Qüdsə köçürülən Amerika səfirliyinin açılışında çəkilmiş olan bu fotoşəkildə prezident Trampın qızının yanında duran adam Amerikanın xəzinə naziri Stiven Mnuchindir.
Munuchin o gün ABŞ səfirliyinin Qüdsə köçürülməsinə dünyada ən ədalətli, ən məzmunlu təpki verən prezident Ərdoğan və Türkiyədən qisas alacağını söyləmişdir.
Qüdsün İsrailin paytaxtı olmasına ABŞ-ın dəstəyi layihəsini təşkil edən Daniel Pipesdır. Bunun olacağını 2017-ci ildə “Commentary” jurnalında dərc etdirdiyi məqaləsində yazıb və İsrail məsələsində edilməsi lazım olanları bir bir sadalamışdır. Mnuchin, Daniel Pipesın İsrailin Qələbəsi Layihəsinə bütün qəlbilə dəstək vermiş bir evangelistdir.
Amerikan rəhbərliyinin, xüsusilə Tramp vəzifəyə gəldikdən sonra, yəni idarəetmə İsrail tərəfdarı neoconların və evangelistlərin əlinə keçdikdən sonra pozulmağa başladığını görüb, dərk etməyimiz lazımdır.
Ora-bura cəzalar kəsən və sanksiyalar tətbiq edən Amerika xəzinəsi artıq evangelist hərəkatın mərkəzi bankı kimi çalışır.
 
TÜRKİYƏYƏ GÜÇSÜZLƏŞDİRMƏ LAYİHƏSİ
 
İsrailin regiondakı hakimiyyətini mütləq vəziyyətə gətirmə layihəsi, Vaşinqtonda Türkiyəni güçsüzləşdirmə layihəsi ilə birlikdə paralel aparılır.
Çünki bunlar Ərdoğanın Türkiyənin regionda ədalətsizliklərə yol verməyəcəyini və Fələstin xalqının tələblərinə qulaq asacağını və yerinə yetirəcəyini görmüşlərdir.
 
ƏRDOĞANA QARŞI BÖYÜK SEVGİ
 
Prezident Ərdoğan Nyu-Yorka gələndə iştirak etdiyi ilk görüşə gələn müxtəlif Ərəb ölkələrindən vətəndaşlar, Fələstin məsələsindəki mövqeyinə görə Erdğana nə qədər böyük sevgi bəslədiklərini göstərmişlər. Ona toxunmaq, sarılmaq istəyənlər ilə dolu bir salon vardı.
Türkiyə Yaxın Şərqin böyük və adil burulğanı olmaq yolunda addımlayır, amma ABŞ da bundan çox narahatdır, onlar da bu yürüşü dayandırmaq üçün əllərindən gələni edirlər.
Hazırladı: Müxalifət.az