Türkiyə və Qətərdən birgə hərbi təlim: Körfəz ölkələri narahatdır

Baxış sayı:
9028

Qətərin Ai Samra rayonunda icra edilən hərbi təlim iki ölkə arasında iş birliyini dosta düşmənə göstərib.
 
Hərbi sahədə Türkiyə ilə Qətərin iş birliyi hər keçən gün getdikcə möhkəmlənir.
Qətər ilə Türkiyə bu gün tərəfdaş kimi hərbi təlim keçirib. Mövzu ilə əlaqədar olaraq Türkiyənin Milli Müdafiə Nazirliyi tərəfindən bəyanat verilib.
Edilən açıqlamada, "Qətərdə Ai Samra rayonunda icra edilən Al Mashabiya-2019 Sərhəd Təhlükəsizliyi Təliminə, Qətərdə yerləşən Türk Birləşmiş Müştərək Qüvvə Komandanlığından iki komando qolu iştirak edib" ifadələrinə yer verilib.
 
KÖRFƏZ ÖLKƏLƏRİ NARAHATDIR
 
 Türkiyə ilə Qətərin iş birliyi başda Səudiyyə Ərəbistanı olmaqla, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Misir kimi Körfəz ölkələrini narahat edir.
Müxalifət.az