Türkiyə və Azərbaycan ordusunun birgə təlimləri davam edir - VİDEO

Baxış sayı:
2713

TURAZ Şahini - 2018 birgə taktiki-uçuş təlimlərinin planına uyğun olaraq Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin uçuşları davam edir.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərdə hər iki ölkənin Hərbi Hava Qüvvələrinin birgə əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyəti, döyüş uzlaşması imkanlarının öyrənilməsi, havadan zərbələr endirməklə şərti düşmənin yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetirilir.