Türkiyə və ABŞ-dan birgə açıqlama

Baxış sayı:
6712

 ABŞ-ın Xarici İşlər Nazirliyi Türkiyə-ABŞ işçi qrupunun son iclası çərçivəsində tərəflər arasında ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən görüşə dair yazılı bəyanat verib.
 
Tərəflərin Türkiyə və ABŞ arasındakı strateji əlaqənin əhəmiyyətinə vurğu etdiyi açıqlamada, müttəfiqlik əsasında birgə narahatlıqların dilə gətirilməsi məsələsində də razılıq əldə olunduğu qeyd olunub.
Digər tərəfdən, keçirilən ikitərəfli görüşdən sonra hər iki ölkə nümayəndə heyətinin işçi qrupu çərçivəsində bir araya gəldiyi ifadə edilib.
Heyətlərin Suriya, terrorla mübarizə, müdafiə, diplomatik və hüquqi məsələləri müzakirə etdiyi vurğulanan açıqlamada, "Hər iki tərəf deyilən məsələlərdə irəliləyiş qeyd etmək üçün birgə işin davam etməsinə yönəlik qətiyyətini göstərdi" ifadəsinə yer verilib.
Müxalifət.az