Türkiyə tələyə düşmədi: 20 gündə 3 dəfə sınadılar

Baxış sayı:
6331

PKK/PYD tərəfdaşlığı ilə Suriyada ümid etdiyi nəticə əldə edə bilməyən Amerika, bu ölkədən çəkilmə qərarı verdi. Bu qərara Amerikadakı dərin dövlət başda olmaqla, Suriyadakı PKK/PYD, İsrail, İngiltərə, Fransa daxil, geniş bir dairə qarşı çıxdı. Ağ Evin çəkilmə qərarına qarşı çıxanlar Suriyanın ərazi bütövlüyünü təhdid edən terror təşkilatlarıyla birlikdə bu addımı əngəlləmək üçün hərəkətə keçib. Son 20 gündə bir-birinin ardınca törədilən 3 təxribat, Donald Trampın çəkilmə qərarına qlobal koalisiyanın necə müqavimət göstərdiyini nümayiş etdirdi.
 
PKK “REJİM MASKASI” TAXDI
 
Trampı çəkilmə qərarından çəkindirmək məqsədi ilə hərəkətə keçən qüvvələrin ilk oyununu 28 dekabrda nümayiş etdirdi. Amerikan əsgərlərinin Münbiçdən çəkildiyi, rejim qüvvələrinin isə Arima zonasından Münbiçə girdikləri, hətta Münbiç mərkəzinə qədər getdikləri xəbərləri dövriyyəyə buraxıldı. Bu yolla Türk əsgərinin bölgəyə müdaxilə etməsi və “çəkildilər” yalanına qarşı hələ də Münbiçdə olan ABŞ əsgərləriylə qarşı-qarşıya gəlməsi hədəflənirdi. Bu oyunu o zaman 2-ci Ordu Komandanı İsmayıl Mətin Təməl Paşa pozdu. Bölgəni 7/24 nəzarət altında saxlayan və bir anlıq məlumat alan ordu generalı Təməl paşa, rejimin fəallığının olmadığını, rejim deyilən qüvvələrin gizlədilmiş PKK/PYD ünsürləri olduğunu gördü. Vəziyyət Ankaraya bildirildi və beləliklə, çəkilmə qərarından sonra qurulan ilk tələ zərərsiz keçildi.
 
HTŞ İDLİBİ QARIŞDIRDI
 
Ancaq təxribat istəyən qüvvələr dayanmadı. Bu dəfə də Suriya ərazisindəki terror təşkilatlarından biri olan Əl-Qaidənin uzantıları dövrəyə girdi. Heyət Təhrir Şam (HTŞ) qrupu içərisində Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən maliyələşdirilən özəklər İdlibdə təxribata başladı. Misir nəzarətindəki Şər-i qruplar "ASO-ya hücum etmək caizdir" fətvaları ilə Müsəlmanları qızışdırmağa çalışdı. Bölgədəki əhalinin sıxlığına görə də Türkiyə müdaxilə etmədikdə, bu dəfə "İŞİD və Əl-Qaidəni Ankara qoruyur" yalanını ortaya atdılar. Bu kampaniyanı dövriyyəyə buraxanlar ABŞ-Türkiyə münasibətlərini pozmaqla yanaşı, rejim və Rusiyanın İdlibə müdaxilə etməsini təmin edərək Ankara-Moskva arasında Soçi razılığını bitirməyi qarşısına məqsəd qoydu. Plan işləsəydi yaranacaq xaos şəraitində Türkiyənin istiqaməti Fəratın şərqindən qərbə çevriləcək və təhlükəsizlik qüvvələri də yeni qaçqın axınları ilə məşğul olacaqdı. Ancaq bu plan da işləmədi. İdlib üçün zamin olan Türkiyə və Rusiya kəşfiyyat səylərini və təmasları artıraraq xaos təşəbbüsünü boşa çıxardı. Hazırda İdlib təhlükəsiz bölgə olaraq Beştəpə və Kreml təminatında Suriyada yaşanan sabitlik bölgələrindən biri olmağa davam edir.
 
QANLI SUİ-QƏSD DƏ MƏQSƏDİNƏ ÇATMADI
 
ABŞ prezidenti Donald Tramp çəkilməkdən imtina etməyib, əksinə Fəratın şərqində 20 mil dərinliyində (32 km) təhlükəsiz bölgə açıqlaması da edəndə həmin qüvvələr bu dəfə qanlı bir plan həyata keçirdi. Srağagün Münbiçdə canlı bomba partladıldı. 4 ABŞ əsgəri öldü, 3-ü yaralandı. Hücum Suriyadakı digər terror təşkilatı olan İŞİD-ın üzərinə qoyuldu. "İŞİD-ı Suriyada məğlub etdik" deyərək çəkilmə qərarını açıqlayan Trampı bundan imtina etməyi qarşısına məqsəd qoyan hadisənin, Amerika kəşfiyyatı və PKK/PYD ünsürləri tərəfindən giriş çıxışları sıx nəzarət edilən Münbiçdə meydana gəlməsi təxribatın günahkarlarına dair dəqiq işarələr verdi. Onsuz da Tramp da bu oyuna gəlmədi. İlk anlarda səssizliyin hakim olduğu Ağ Evdə rəsmi şəxslər Trampın ABŞ əsgərlərinin Suriyadan çəkilməyə başlaması qərarına dair hər hansı bir geri addım olmadığını açıqladı. ABŞ-ın vitse-prezidenti Mayk Pens də hadisədən sonra iştirak etdiyi bir tədbirdə təcavüzə toxunmadan, "Qoşunlarımızı evə gətiririk, İŞİD məğlub oldu" dedi. Beləliklə 20 gündə oynanan 3 ayrı sui-qəsd uğursuzluğa uğrayaraq Trampın əsgər çəkmə qərarına təsir etməmiş oldu.
Müxalifət.az