​Türkiyə təhlükəsizlik qüvvələrindən PKK-ya daha bir ağır zərbə: 2 qadın terrorçu öldürüldü

Baxış sayı:
4738

Türkiyə Silahlı Qüvvələrinin qırıcıları İraqın şimalında yerləşən Zap, Qəndil və Avaşin-Basyan bölgələrindəki terror düşərgələrini bombalayıb.
AzərTAc xəbər verir ki, PKK-ya məxsus düşərgə və anbarlar məhv edilib.
Ölkədə antiterror əməliyyatları davam etdirilir. Diyarbəkir vilayətinin Diclə rayonu ərazisində həyata keçirilən əməliyyatlarda zərərsizləşdirilən iki qadın terrorçudan biri axtarışda olub. Daxili İşlər Nazirliyi tərəfindən axtarışına pul mükafatı ayrılan "Viyanpirsus" ləqəbli Şəhriban Yöntən 7 cinayət faktına görə ittiham olunurdu.