​Türkiyə Səudiyyə konsulluğuna girir: Səfir XİN-ə çağırıldı

Baxış sayı:
4246

Səudiyyə Ərəbistanının Ankaradakı səfiri səudiyyəli jurnalist Camal Qaşıqçının itkin düşməsi ilə bağlı yenidən Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Türkiyə hökuməti rəsmi Ər-Riyaddan İstanbul konsulluğunda axtarış aparılması üçün icazə istəyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman İstanbuldakı konsulluqda axtarış aparılması üçün Türkiyəyə icazə verməyə hazır olduqlarını bildirmişdi.