Türkiyə sərhədini keçən YUNAN ƏSGƏRLƏRİ YAXALANDI

Baxış sayı:
3238

Yunanıstanın Quru Qoşunları, Meriç çayı bölgəsində 2 yunan əsgərinin Türk əsgərləri tərəfindən yaxalandığını bildirib.
 
Yunanıstanın Quru Qoşunları, 2 yunan əsgərinin Şimali Evros bölgəsindəki Kastanies nahiyəsində patrul vəzifəsini icra edərkən pis hava şəraiti ilə bağlı yolu azaraq, səhvən Türkiyə sərhədinə keçdiyini və Türk əsgərləri tərəfindən yaxalanaraq Ədirnəyə aparıldığını açıqlayıb.
Açıqlamada yunan əsgərlərinin zəruri formalitə işlərin görülməsi üçün Ədirnədə olduqları və Yunanıstana dönmələri üçün Türk orqanları ilə təmas halında olunduğu qeyd olunub.
Müxalifət.az