Türkiyə Şimali İraqa AVİAZƏRBƏ ENDİRDİ

Türkiyə aviasiyası İraqın şimalında yerləşən Qəndil bölgəsi və Tuncelidə yerləşən PKK sığınacaqlarını darmadağın edib. 
Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə ordusunun Baş Qərargahından informasiya verilib.
Qəndil bölgəsinə endirilən aviazərbələr zamanı PKK sığınacaqları məhv edilib. Tuncelidə isə təxribat törətməyə hazırlaşan 2 terrorçu aviazərbələr zamanı zərərsizləşdirilib. 
Qeyd edək ki, Baş Qərargahdan terrorçulara qarşı əməliyyatların davam etdiriləcəyi bildirilib.