“Türkiyə S-400-ləri aldığı təqdirdə…” – Pentaqondan növbəti xəbərdarlıq

Baxış sayı:
2389

Türkiyə Rusiyadan S-400 komplekslərini aldığı təqdirdə ABŞ-ın F-35 qırıcı təyyarələrinə sahib ola bilməyəcək.

Trend-in məlumatına görə, Pentaqonun nümayəndəsi Conatan Hoffman bildirib ki, bu sözləri ABŞ müdafiə naziri vəzifəsini icra edən Mark Esper Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə görüşdə deyib.

Nümayəndə qeyd edib: “Liderlər arasında səmimi söhbət olub. Söhbət zamanı M.Esper bir daha təkrar edib ki, Türkiyənin Rusiyadan S-400 raket sistemlərini alması F-35 proqramına ziddiyyətlidir və Türkiyəyə həm S-400-ü, həm də F-35-ləri əldə etmək imkanı verilməyəcək”.

Onun sözlərinə görə, tərəflər, həmçinin Suriya, regional stabillik məsələlərini və ikitərəfli münasibətləri müzakirə ediblər.