Türkiyə, Rusiya və İrandan ortaq qərar! Anlaşdılar

Baxış sayı:
7258

Diplomatik mənbələrdən alınan məlumata görə, 10-11 sentyabrda İsveçrənin Cenevrə şəhərində keçirilən Suriyanın gələcəyi ilə bağlı Konstitusiya Komitəsi görüşlərində İşçi Qrupu yaratmaq qərara alınıb.
 
Qrup, BMT ilə Konstitusiya Komitəsinin yaradılması ilə bağlı müzakirələri asanlaşdırmaq üçün hər üç ölkədən mütəxəssislərdən ibarət olacaq.
Türkiyə Xarici İşlər Nazirliyindən edilən açıqlamada, prosesin Astana təminatçıları arasında texniki səviyyədə görüşlərin davam etdiriləcəyi məlumatı bildirilib.
 
MİSTURA CÜMƏ GÜNÜ GƏRGİN İŞ APARACAQ
 
BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura, cümə günü "kiçik qrup" adlandırdığı Misir, Fransa, Almaniya, İordaniya, Səudiyyə Ərəbistanı, Böyük Britaniya və ABŞ nümayəndələri ilə görüşlər keçirəcək.
De Mistura, 18 sentyabrda BMT Təhlükəsizlik Şurasına (BMT TŞ) müraciət edərək iki gün davam edən görüşlər haqqında məlumat verəcək.
 
4 ƏSAS BAŞLIQ DAŞIYIR
 
Suriyada daxili müharibəni sona çatdırmaq üçün BMT TŞ-nın 2254 saylı qərarı çərçivəsində aparılan siyasi həll prosesi, keçid höküməti, konstitusiya, seçkilər və terrorizmlə mübarizədən ibarət 4 əsas başlıq daşıyır.
Qeyd edək ki, Soçidə 29-30 yanvarda keçirilən Suriya Milli Dialoq Konqresində Suriyanın yeni konstitusiyasını hazırlayacaq bir komitənin yaradılmasına qərar verilmişdi.
Müxalifət.az