Türkiyə, Rusiya və İran razılaşdı: 25 min əsgər…

Uzun müddətdir müzakirə mövzusu olan Suriyanın İdlib şəhərinin taleyinə aydınlıq gətirilib.
 
Türkiyə, Rusiya və İran Qazaxıstanın paytaxtı Astanada İdlib razılaşması imzalayıblar.
Razılaşmaya əsasən, ABŞ-ın Əl-Qaidə adı ilə bombalamaq istədiyi İdlib şəhəri Rusiya, Türkiyə və İranın əsgərləri tərəfindən mühafizə olunacaq.
Eni 35 kilometr, uzunluğu 130 kilometr olan bölgə isə təhlükəsizlik zonası elan olunacaq. Burada 2 milyon suriyalı təhlükəsizlik şəraitdə yaşayacaq.
İdlibin mühafizəsi üçün 3 ölkədən ümumilikdə 25 min əsgər Suriyaya göndəriləcək.