​Türkiyə qırıcıları Əsəd qüvvələrini bombaladı: 11 ölü

Baxış sayı:
3055

Türkiyə bombardmançılarının Afrində YPG mövqelərinə aviazərbələr endirməsi nəticəsində Bəşər Əsəd yönümlü qüvvələr tərəfində vuruşan 11 döyüşçü ölüb.
Muxalifet.az xəbər verir ki, Cəma kəndinin bombalanması zamanı Əsədə sadiq 11 döyüşçü ilə yanaşı, 3 terrorçu da məhv edilib.
Ümumilikdə isə 14 nəfərin məhv edildiyi bildirilib.
Qeyd edək ki, Əsəd tərəfdarları “Xalq Qüvvələri” adı altında 11 gün əvvəl Afrinə daxil olmuşdu.