Türkiyə Qarabağdakı atəşkəsə Rusiya ilə birlikdə nəzarət edəcək - ƏRDOĞANDAN AÇIQLAMA

Baxış sayı:
1472

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb.

"Bizim Prezident Vladimir Putinlə telefon danışıqları aparıb. O qeyd edib ki, dünən axşam Dağlıq Qarabağda vəziyyətin sabit şəkildə tənzimlənməsi istiqamətində düzgün addım atılıb. Ərdoğan bildirib ki, Türkiyə Ermənistanın işğalından azad edilmiş rayonlarda, Azərbaycanın müəyyənləşdirdiyi ərazidə yaradılacaq birgə mərkəzin bazasında Rusiya ilə birlikdə müşahidə və nəzarət fəaliyyətini həyata keçirəcək", - deyə RİA Novosti Türkiyə lideri Administrasiyasının məlumatından sitat gətirib.