Türkiyə polisi Naxçıvanla sərhəddə əməliyyat keçirdi - 40 nəfər tutuldu

Baxış sayı:
8279

Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasındakı Dilucu gömrük-keçid məntəqəsində polisin keçirdiyi əməliyyat nəticəsində 40 nəfər şübhəli tutuldu.
 
“Report” “Haber7”yə istinadən xəbər verir ki, onlar rüşvət almaqda şübhəli bilinirlər.
Türkiyə polisi həmin şəxslərin evlərində eyni vaxtda axtarış aparıb. Onlar saxta ixracat, fırıldaqçılıq, rüşvətxorluq və qaçaqmalçılıqda ittiham olunurlar.
Şübhəlilər ədliyyə orqanına təhvil veriliblər.