Türkiyə polisi İŞİD-in “naziri”ni saxladı

Baxış sayı:
863

Türkiyənin Kayseri vilayətində polis İŞİD terror təşkilatının “kənd təsərrüfatı naziri”ni Tarık Əhmədi saxlayıb.
Muxalifət.az xəbər verir ki, keçirilən əməliyyat nəticəsində daha 9 İŞİD üzvü saxlanılıb.
Əməliyyatın digər təfərrüatları barədə məlumat verilməyib.
Qeyd edək ki, bir müddət əvvəl Kayseridə İŞİD-in “cəlladlarından” biri Əbdülxalıq Əbdülqədir saxlanmışdı./trend/