​Türkiyə parlamentinin yaxınlığında atışma baş verib

Ankarada Türkiyə parlamentinin yaxınlığında yerləşən klubların birində atışma baş verib. Yerli mətbuatın yazdığına görə, atışma iki nəfər arasında olub.
 
Həmin şəxslər hadisə yerindən uzaqlaşıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hazırda polis atəş açan şəxslərin axtarışlarını aparır.