​Türkiyə parlamentində gərginlik: iqtidar deputatları ilə kürd deputatlar arasında əlbəyaxa dava düşdü –Yaralılar var + FOTO

Baxış sayı:
5158

Türkiyə parlamentində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) və müxalif Xalqların Demokratik Partiyasının (HDP) üzvləri arasında qarşıdurma yaşanıb. Millət vəkilləri arasında mübahisəyə səbəb HDP-li deputatların “Türkiyə ordusu Afrində etnik təmizləmə aparır” deməsi olub. Qarşıdurma zamanı HDP-dən olan üç millət vəkili yüngül xəsarət alıb. Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub/Trend.