Türkiyə ordusunun baş qərargah rəisi Tehranda

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Baqirinin dəvətilə Tehrana səfər edib.
 
Hulusi Akarı Mihrabad Hava limanında Türkiyənin bu ölkədəki səfiri Rıza Hakan Tekin və hərbi ataşe Albay Ömer Özgül qarşılayıb.
Səfərin məqsədi barədə ətraflı məlumat verilmir. Ancaq bəllidir ki, söhbət İraqdakı referendumdan sonrakı proseslərlə əlaqəlidir. Ayrıca bu ərəfədə ABŞ da Kürdüstan ərazisinə xeyli miqdarda silah-sursat daşımaqdadır və bu, təbii ki, Bərzani hökümətinin müdafiə olunacağı anlamına gəlir. Ona görə də region ölkələrinin bu yöndə məsləhətləşmələrə və koordinasiyalı hərəkətlərə ehtiyac duyulur.