​Türkiyə ordusundan PKK-ya AĞIR ZƏRBƏ: 52 terrorçu MƏHV EDİLDİ

Baxış sayı:
4012

Türkiyə ordusu İraqın şimalında Sincar dağı bölgəsində avqustun 15-də həyata keçirdiyi əməliyyatla PKK-nın 52 terrorçusunu məhv edib.
Publika.az xəbər verir ki, əməliyyat nəticəsində PKK-nın “idarə heyətinin üzvü” və Sincar bölgəsinə nəzarət edən Mam Zeki Şenqali və 7 “lider” də öldürülüb.
Əməliyyatda terrorçulara məxsus silah-sursat ələ keçirilib. Türkiyə ordusunun 8 əsgəri yaralanıb.
Türkiyə Silahlı Qüvvələri “Zeytun budağı” əməliyyatının başlanmasından indiyə qədər PKK-nın 4 min 573 terrorçusunun məhv edildiyini açıqlayıb.