Türkiyə ordusuna İraq və Suriyada əməliyyatlar üçün səlahiyyət verildi

Türkiyə parlamenti İraq və Suriyada hərbi əməliyyatların davam etdirilməsinə qərar verib.
 
"Sabah"-ın verdiyi xəbərə görə, parlament bununla bağlı hökumətin müvafiq təklifini müzakirə edib. Sonda Türkiyə baş nazirinin İraq və Suriyada hərbi əməliyyatların müddətinin daha bir il uzadılmasına qərar verilib.