TÜRKİYƏ ORDUSU SURİYAYA DAXİL OLDU - Zirehli texnika karvanı İdlibə doğru irəliləyir

Baxış sayı:
8908

Türkiyənin hərbi texnika karvanı İdlib yaxınlığındakı Kafr Lusin məntəqəsindən Suriyaya daxil olub və Hamanın şimalındakı Türkiyə nəzarət məntəqələrinə doğru irəliləyir.

Türkiyə, Rusiya və İran Qazaxıstanın Astana şəhərində aparılan danışıqlar zamanı Suriyada gərginliyin azaldılması üçün bölgələr yaratmağı qərara almışdılar. Qərarın həyata keçirilməsi üçün Türkiyə İdlibdə 12 ədəd nəzarət məntəqəsi yaratmışdı. Suriya hökumət qüvvələrinin bölgədəki müxalifətçiləri İdlibə qovmasından sonra, Suriyanın şimalında ABŞ-ın dəstəklədiyi PKK-nın Suriya qolu olan PYD/YPG-nin olduğu bölgələr arasında İdlib müxalifətçilərin yeganə mərkəzinə çevrilib. Suriya İdlibi ələ keçirmək üçün şəhərin ətrafını mühasirə edib. Türkiyə, Rusiya və İranın Tehranda keçirdiyi görüşlər zamanı Türkiyə İdlibə müdaxilənin böyük faciəyə səbəb olacağını bildirib və müdaxilədən qaçılmasını istəmişdi. BMT də 3 milyon kişinin yaşadığı İdlibə müdaxilənin bölgədə humanitar faciəyə səbəb olacağı bildirilmişdi.

Hələ də bölgədə ABŞ, Rusiya və İran qüvvələri yerləşməkdədir. ABŞ, İngiltərə və Fransa dövlətləri Suriyada kimyəvi silahdan istifadə ediləcəyi təqdirdə ölkəyə müdaxilə edəcəklərini bildiriblər.

Hurriyyet.org