Türkiyə ordusu sərhədi keçdi

Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi texnika Cilvegözü sərhəd keçid məntəqəsindən Suriyaya keçib.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, hərbi texnika İdlibə hərəkət etmədən əvvəl aralıq zonada saxlanılır.
Xatırladaq ki, Astanada keçirilən son toplantıda Rusiya, İran və Türkiyə “Əl-Qaidə” qruplarının nəzarəti altında olan İdlibdə dördüncü təhlükəsiz zonanın sərhədləri barəsində razılığa gəlib. Müqavilə haqqında məlumat verən mənbələrin sözlərinə görə, İdlib 3 hissəyə bölünəcək və vilayətin qərbi Ankaranın nəzarəti altında olacaq.
Suriyaya keçən hərbi texnika da məhz bu vəzifənin yerinə yetirilməsi üçün istifadə olunacaq.