Türkiyə Ordusu PKK-nı QƏNDİLƏ SIXIŞDIRIR

Baxış sayı:
5053

Suriya və Şimali İraqda PKK / YPG-yə qarşı eyni zamanda əməliyyatlar keçirən Türkiyə, terrorçuları Qəndilə sıxışdırmağı hədəfləyir.
 
Təhlükəsizlik qaynaqlarının bildirdiyinə görə PKK-nın ana qərargahı Şimali İraqdadır. Burada onlara vurulan zərbə terror şəbəkəsinin dağılmalarını təmin edəcək.
Terror təşkilatı PKK-ya qarşı Suriyada, Şimali İraqda və Türkiyədə davam edən mücadilə 'daxildə ayıq-sayıq, xaricdə hücum” strategiyası ilə həyata keçirilir. Təhlükəsizlik qaynaqları, PKK-ya qarşı Türkiyədə daim hazırlıq vəziyyətində olduqları, alınan kəşfiyyat məlumatları əsasında hücum hazırlığında olan bəzi terrorçuların yaxalandığı, digərlərinin də çox sıx təqib olunduğunu bildirirlər.
Terror təşkilatının xalq dəstəyini itirməsinə görə terrorçuların gizlənmə və hərəkət etmə imkanları məhdudlaşıb. Afrindəki ağır məğlubiyyətin qisasını almaq üçün hər fürsətdə hücum etmək istədikləri bəllidir.Ancaq Türk ordusu buna imkan verməmək üçün çox ciddi olaraq çalışır.
Terror təşkilatına qarşı Şimali İraqda əməliyyatın keçirilməsinin ən az Suriya qədər əhəmiyyətli olduğunu vurğulayan təhlükəsizlik qaynaqları, təşkilatın Türkiyəyə bu bölgədən təhdid yaratdığını bildirib. Terror təşkilatının psixoloji cəhətdən çöküş yaşadığını bildirən təhlükəsizlik qaynaqları, PKK və YPG arasında Iraq-Suriya bağının qoparılmasının təşkilatı sarsıdacağını vurgulayıb. PKK üçün ana qərargahın İraq olduğunu ifadə edən qaynaqlar, burada keçirilən əməliyyatla onlara zərbə vurularsa, uzun müddət toparlana bilməyəcəklərini ifadə edib. Bu prosesin Suriyada da süpürmə əməliyyatı iə davam edəcəyini vurğulayan qaynaqlar, bölgədə və masada terrorla mübarizə qətiyyətinin parallel yürüyəcəyini bildirib.
Müxalifət.az